3 nəfər evdə halsız vəziyyətdə tapıldı

  16 Fevral 2020    Oxunub : 1618
3 nəfər evdə halsız vəziyyətdə tapıldı
Bakı şəhərinin Nizami rayonunda 2 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və vətəndaşları halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Digər məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Halsız vəziyyətdə aşkar edilən vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: FHN   Mənzil