Xəzər rayonunda 9 evdən oğurluq edilib

  15 Fevral 2020    Oxunub : 1329
Xəzər rayonunda 9 evdən oğurluq edilib
Paytaxtın Xəzər və Binəqədi rayonlarında oğurluqla məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xəzər rayonu ərazisində müxtəlif vaxtlarda doqquz evdən pul, qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri E.Allahverdiyev, əvvəllər məhkum olunmuş M.Əliyev və Masallı rayon sakini S.Əsədov Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıblar.

Binəqədi rayonu ərazisində dönərxanaların birindən 800 manat və dönər aparatı oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş N.İsmayılov rayon polis idarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: