Ağstafada bir ailə qəzaya düşdü - Ölən var

  Ağstafada bir ailə qəzaya düşdü -    Ölən var
  15 Fevral 2020    Oxunub:2416
Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 14-də saat 19 radələrində Ağstafa rayonunun Sadıqlı kəndi ərazisində rayon sakini F.İsmayılov idarə etdiyi “VAZ-21063” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri - anası Sara, arvadı və qızı xəstəxanaya yerləşdirilib, Sara orada ölüb.

Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti