Həbsdə olan şəxsin evindən silah tapıldı

Həbsdə olan şəxsin evindən silah tapıldı
  15 Fevral 2020    Oxunub:2188
Masallıda evdə silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsi və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanası əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə ilə tutulmuş R.Şiriyevin Ərkivan qəsəbəsindəki yaşadığı evə baxış zamanı oradan 1 ədəd qundağı və lüləsi kəsilmiş “TOZ-16” markalı tüfəng və 2 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Silah  





Xəbər lenti