Sulutəpədən “Zil” qaçıranlar tutuldu

  15 Fevral 2020    Oxunub : 1363
Sulutəpədən “Zil” qaçıranlar tutuldu
Fevralın 14-də saat 2 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisindən Müşfiqabad qəsəbə sakini S.Əhmədova məxsus “Zil” markalı avtomobilin qaçırılması barədə 40-cı Polis Bölməsinə məlumat daxil olub.
Azvision.az DİN-in saytına istinadən xəbər verir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Qobustan rayon sakinləri Y.Ağayev və Q.Qədirov qeyd edilən avtomobillə birgə BDYPİ-nin əməkdaşları tərəfindən saxlanılıb və aidiyyəti üzrə təhvil veriliblər.

Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az

Teqlər: Zil   Oğurluq