Regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndirilir

 Regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndirilir
  15 Fevral 2020    Oxunub:2699
Regionların sosial-iqtisadi inkişaf prioritetləri nəzərə alınaraq, işsiz və işaxtaran şəxslər üçün regional peşə təhsili mərkəzləri şəbəkəsi genişləndiriləcək və idarəetmə sistemi təkmilləşdiriləcək.
Azvision.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planında əksini tapıb.

Tədbirlər Planına əsasən işin icrası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanları məşğul olacaq.

Azvision.az



Teqlər: Region   Peşə   Təhsil  





Xəbər lenti