Göyçayda iki nəfər itkin düşüb

Göyçayda iki nəfər itkin düşüb
  14 Fevral 2020    Oxunub:2589
Göyçay rayonun Potu kənd sakini 1997-ci il təvəllüdlü Ramiz Hacıyev yanvarın 16-da, Göyçay şəhər sakini 1974-cü il təvəllüdlü Tərlan İsgəndərov isə fevralın 3-də evdən çıxaraq bir daha geri qayıtmayıblar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Ramiz Hacıyev evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkçə olub. Tərlan İsgəndərov isə evdən çıxarkən əynində tünd yaşıl rəngli gödəkçə, cins şalvar və qara rəngli ayaqqabı olub.

Həmin şəxsləri tanıyanlardan və barələrində məlumatı olanlardan DİN-in 102 - Zəng Mərkəzi Xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə (020-274-42-91 və 050 774-04-91) zəng edərək məlumat vermələri xahiş olunur.




Azvision.az


Teqlər: DİN  





Xəbər lenti