Ölkəyə qanunsuz telefon gətirmək cəhdi alınmadı

  14 Fevral 2020    Oxunub : 1489
Ölkəyə qanunsuz telefon gətirmək cəhdi alınmadı
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat idarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Vaz 21013" markalı minik nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata əsasən, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, vətəndaşın üzərində 10 ədəd "Samsung Galaxy A10 S" markalı mobil telefon aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DGK