Bakıda oğurlanan maşın Şamaxıda tapıldı

Bakıda oğurlanan maşın Şamaxıda tapıldı
  14 Fevral 2020    Oxunub:2281
Paytaxtda avtomobil oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin və Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Quliyevanın “BMW” markalı avtomobilini qaçırmaqda şübhəli bilinən T.Abbasov avtomobillə birlikdə Şamaxı rayonu ərazisində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
Azvision.az



Teqlər: DİN   Maşın   Oğurluq  





Xəbər lenti