Bakıda avtomobil oğurlanıb

Bakıda avtomobil oğurlanıb
  13 Fevral 2020    Oxunub:2221
Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini S.Musayev fevralın 10-da saat 1 radələrində Ş.Qurbanov küçəsindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil həmin gün B.Məcidov küçəsində tapılıb.

Davam etdirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Abşeron rayon sakini R.Cəfərov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti