Qarda köməksiz qalan şəxslər xilas edildi - VİDEO

Qarda köməksiz qalan şəxslər xilas edildi -    VİDEO
  12 Fevral 2020    Oxunub:2285
12 fevral 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində 1 ədəd avtomobilin qarlı yolda batması və avtomobilin içərisində biri azyaşlı olmaqla 5 nəfər vətəndaşın çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az xəbər verir ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Qarlı yolda batıb qalmış avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.



Azvision.az



Teqlər: FHN   Qar  





Xəbər lenti