Keçmiş məhkumun evində silah-sursat aşkarlanıb

Keçmiş məhkumun evində silah-sursat aşkarlanıb
  12 Fevral 2020    Oxunub:2245
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Abşeron rayonunun Qobu qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Salmanovun evindən “F-1” markalı qumbara, 1 ədəd qumbara alışdırıcısı və 1 ədəd süngü bıçaq aşkar edilərək götürülüb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti