Ağcabədidə ata oğlunu qətlə yetirib

 Ağcabədidə ata oğlunu qətlə yetirib
  12 Fevral 2020    Oxunub:2749
Ağcabədidə qətl törədən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, fevralın 11-də saat 7 radələrində Ağcabədi rayonunun Təzəkənd kəndində yaşayan V.Cəfərovun evində münaqişə zəminində oğlu Turalı qətlə yetirməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən V.Cəfərov saxlanılıb.

Faktla bağlı Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: Ağcabədi   Qətl  





Xəbər lenti