Zaqatalada ikimərtəbəli evdə yanğın olub

Zaqatalada ikimərtəbəli evdə yanğın olub
  11 Fevral 2020    Oxunub:1739
Zaqatalada yanğın hadisəsi baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Bazar kəndində ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 100 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti