İrandan “ekstazi” gətirən şəxs saxlanıldı - FOTO

İrandan “ekstazi” gətirən şəxs saxlanıldı -   FOTO
  10 Fevral 2020    Oxunub:2943
Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən ölkə ərazisinə daxili orqanlarında narkotik vasitə və psixatrop maddə gətirən şəxs saxlanılıb.
Daxili İşləır Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayonunun Seydəkəran kənd sakini, əvvəllər məhkum olunmuş Mirsəməd Əliyev Astara şəhəri ərazisində saxlanılıb.

Onun üzərinə keçirilən şəxsi axtarış zamanı 2 bükümdə 5,5 qram çəkidə narkotik vasitə heroin, 3 bükümdə 34,7 qram psixatrop maddə metamfetamin və 64 ədəd “ekstazi” həblər aşkar edilərək götürülüb.

Araşdırmalarla M.Əliyevin sadalanan narkotik vasitə, psixatrop maddə və həbləri İran İslam Respublikasında satış məqsədilə əldə etdiyi və daxili orqanlarında gizli olaraq qaçaqmal yolu ilə ölkə ərazisinə gətirdiyi müəyyən edilib.

Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.



Azvision.az


Teqlər: DİN  





Xəbər lenti