Qanunsuz yolla kəsilən meşə materialı aşkarlandı

Qanunsuz yolla kəsilən meşə materialı aşkarlandı
  10 Fevral 2020    Oxunub:2210
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Haran kəndi yaxınlığında meşə materialının daşındığı barədə məlumat daxil olub.
ETSN-nin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, nazirliyin yerli qurumlarının əməkdaşları fevralın 8-i səhər saat 6 radələrində “Ural” markalı 43-BB-223 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerində qanunsuz yolla əldə edilən 3,5 kubmetr həcmində fısdıq cinsli işlik meşə materialı aşkar edilib və avtomobilin sahibi Aslan Cəbiyev barəsində akt tərtib olunub.

Hazırda faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: ETSN  





Xəbər lenti