“Yuğ” teatrında “Vəsvəsə” olacaq

“Yuğ” teatrında “Vəsvəsə” olacaq
  10 Fevral 2020    Oxunub:2784
Fevralın 29-da Dövlət “Yuğ” Teatrı növbəti dəfə “Vəsvəsə” tamaşası ilə teatrsevərlərin görüşünə gələcək.
Teatrın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tanınmış Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasının quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı, Əməkdar rəssam Rəşid Şərif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır.

Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.

Azvision.az



Teqlər: YUĞ   Teatr  





Xəbər lenti