Siyəzəndə evdən silah oğurlanıb

Siyəzəndə evdən silah oğurlanıb
  08 Fevral 2020    Oxunub:2039
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində V.Sadıqovun evindən müvafiq sənədləri olan “TOZ-16” markalı ov tüfəngini oğurlamaqda şübhəli bilinən Qalaşıxı kənd sakini N.Mütəllimov saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ondan 2 ədəd tüfəng götürülüb.

Ətrafında aparılmış tədbirlərlə onun 2 nəfərlə birgə 3 avtomobildən akkumulyator oğurladığı da müəyyən edilib.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti