Axtarışda olan dələduz ələ keçdi

Axtarışda olan dələduz ələ keçdi
  08 Fevral 2020    Oxunub:2918
Bakı şəhər sakininin pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, əməliyyatı Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşları keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Qasımovun 8700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini M.Mahmudov saxlanılıb. Onun borclu şəxs qismində axtarışda olduğu da müəyyən edilib.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti