Bakıda qadına qarşı soyğunçuluq edilib

Bakıda qadına qarşı soyğunçuluq edilib
  06 Fevral 2020    Oxunub:2323
Xətai RPİ-nin 36-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini L.Bağmanova yanvarın 28-də rayon ərazisində 1 nəfərin ona zor tətbiq edərək içərisində pul, 2 ədəd mobil telefon, açarlar, sənəd və bank kartları olan çantasını aldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Xətai RPİ 36-cı PB və 37-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini, əvvəllər məhkum olunmuş C.Ağayev müəyyən edilərək saxlanılıb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti