Bakı sakini qaçırdığı maşınla saxlanıldı

Bakı sakini qaçırdığı maşınla saxlanıldı
  05 Fevral 2020    Oxunub:1767
Sabirabad Rayon Polis Şöbəsinə müraciət edən Bulduq kənd sakini N.Mehdizadə fevralın 3-də kənd ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilə məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini R.Abdullayev avtomobillə birgə BDYPİ-nin postunda polis əməkdaşları tərəfindən saxlanılıb və Rayon Polis Şöbəsinə təhvil verilib

Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti