Qadınların hansı halda yaxşı işlədikləri məlum olub

Qadınların hansı halda yaxşı işlədikləri məlum olub
  01 Fevral 2020    Oxunub:5192
Psixoloqlar təcrübə zamanı qadınların hansı şəraitdə daha səmərəli işlədiklərini aşkarlayıblar.
Azvision.az xəbər verir ki, bu barədə “The Economic Journal” məlumat yayıb. Mütəxəssislər komanda formasında iş aparmaq üçün iştirakçıları bir neçə qrupa bölüblər: qadınlar, qarışıq (kişi və qadınlar) və kişilər.

Məlum olub ki, qadınlar öz cinsindən olanların əhatəsində yaxşı işləmirlər. Bunan səbəb işçilər arasında simpatiyanın olmaması göstərilir. Belə ki, qadınlar onlara xoş olmayanların əhatəsində işləməyi sevmirlər və nəticədə iş əmsalı aşağı düşür.

Kişi qrupunda isə vəziyyətdən asılı olmayaraq ünsiyyət normal səviyyədə davam edib və fəaliyyətin məhsuldarlığı azalmayıb. Bundan başqa qarışıq qrupda da yüksək nəticələr qeydə alınıb.

Azvision.az


Teqlər: Qadın  





Xəbər lenti