Göygöldə ağır qəza: Ölən və yaralılar var - (Yenilənib)

  Göygöldə ağır qəza:  Ölən və yaralılar var -  (Yenilənib)
  01 Fevral 2020    Oxunub:5251
Göygöldə baş vermiş avtoqəza zamanı ölən şəxsin və xəsarət alanlardan birinin kimliyi müəyyən edilib.
Məlumata görə, yol qəzası nəticəsində 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib. 1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***
Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 1 nəfər ölüb, bir neçə nəfərin də xəsarət aldığı bildirilir.

Təfərrüatlar araşdırılır.

Azvision.az



Teqlər: Göygöl   Qəza  





Xəbər lenti