Göygöl sakinindən silah-sursat götürülüb - FOTO

Göygöl sakinindən silah-sursat götürülüb -    FOTO
  31 Yanvar 2020    Oxunub:2889
Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Topalhəsənli kənd sakini Mərdan Həsənovun kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 1 ədəd “Karabin” markalı yivli odlu silah və həmin silaha aid 29 ədəd patron aşkar olunaraq götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azvision.az -a verilən məlumata görə, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.



Azvision.az


Teqlər: DİN   silah  





Xəbər lenti