Qazaxda piyadanı vurub qaçan sürücü tutuldu

Qazaxda piyadanı vurub qaçan sürücü tutuldu
  31 Yanvar 2020    Oxunub:2253
Yanvarın 28-də saat 23 radələrində Qazax rayonunun Birinci Şıxlı kəndi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən kənd sakini F.Abdulkərimov vurulub və o, xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Baş İstintaq və Təhqiqat İdarəsi və Baş Dövlət Yol Polisi əməkdaşlarının birgə keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-2103” markalı avtomobilin sürücüsü, Qazax rayon sakini F.Şıxıyev saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti