Gənclər üçün möhtəşəm musiqi marafonu keçiriləcək

Gənclər üçün möhtəşəm musiqi marafonu keçiriləcək
  31 Yanvar 2020    Oxunub:4331
2 fevral - Azərbaycan Gəncləri Günü münasibəti ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və MAG ( Müasir Azərbaycan Gənci) verilişinin təşkilatçılığı ilə "Açıq Mikrofon" Gənclərin Musiqi Marafonu keçiriləcək.
Burada istedadlı, bacarıqlı gənclər öz məharətlərini geniş tamaşaçı auditoriyasında, möhtəşəm səhnədə nümayiş etdirəcəklər. Konsert proqramının xüsusi qonaqları: Hiss, Tibu, PRoMete, Tomris, Samirə Əfəndi, Fariz İlyasov, Anar Bəylər, Riad Abdul, Ayaz Babayev, Fərid Həsənov, Məlik Ramiz, Amir Paşayev, Cavidan Fətihi, Vüsal Rzasoy, Fərid Həsənov, Bəxtiyar Məmmədov, The RED jungle, Jafarlinsky Band, East or Weast, Vivace Kvartet, "AMAROK" qrupu, Stage New Life rəqs qrupu, Grifon Dance studio, Sübhi Abbas, DJ Vebo və digər sürpriz ifaçılar tanınmış bloqerlərin təqdimatı ilə çıxış edəcəklər.

Bu möhtəşəm gündə bizimlə olan gənclərin İrshad Electronicsin təqdim etdiyi Honor 9X mobil telefonu, Honor Band 5 (20x) və digər maraqlı hədiyyələri qazanmaq şansı olacaq.

Eyni zamanda, gənclər MAG-ın rəsmi facebook səhifəsində qeydiyyatdan keçməklə minlərlə tamaşaçı qarşısında çıxış edib böyük səhnələrə ilk addımını ata bilərlər.

02.02.2020 -də, saat 17:30-da Bakı İdman Sarayında (Əl oyunları Sarayı) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və MAG-ın təşkilatçılığı ilə keçirilən konsert proqramında sizi də gözləyirik.





Teqlər: Gənclər-Günü   MAG  





Xəbər lenti