Xızıda 6 keçmiş məhkum narkotiklə tutuldu

Xızıda 6 keçmiş məhkum narkotiklə tutuldu
  30 Yanvar 2020    Oxunub:3399
Xızı rayonunda narkotik vasitələri qanunsuz olaraq saxlamaqda şübhəli bilinən altı nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Azvision.az -a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinləri, əvvəllər dəfələrlə məhkum olunmuşlar - 45 yaşlı Gülağa İmanbaxışov və “Qəzi” ləqəbli 34 yaşlı Qəzənfər Mobilov, həmçinin 36 yaşlı Rövşən Qurbanov, 48 yaşlı Əlimirzə Rəsulov, 30 yaşlı Zülfüqar və 38 yaşlı Samir Qurbanovlar saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Onların üzərilərinə baxış keçirilən zaman Gülağa İmanbaxışovdan küllü miqdarda, təmiz çəkisi 475 qram təşkil edən qurudulmuş marixuana, digər beş nəfərdən isə istehlak miqdarından çox narkotik maddə olan heroin və marixuana aşkar olunub.

Qeyd olunan faktlarla bağlı Xızı RPŞ-də araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti