Qadını bıçaqla hədələyib çantasını aldı

  29 Yanvar 2020    Oxunub : 1308
Qadını bıçaqla hədələyib çantasını aldı
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə Bakıxanov qəsəbəsi ərazisində bir qadının bıçaqla hədələnərək mobil telefonunun alınması barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Füzuli rayon sakini, əvvəllər məhkum olunmuş T.Namazov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN