Keçmiş məhkumdan tapança götürülüb

  29 Yanvar 2020    Oxunub : 1300
Keçmiş məhkumdan tapança götürülüb
Bakıda Şabran sakinində silah aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Z.Məlikovdan “Minta-37” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Azvision.az

Teqlər: DİN