DİN Şəmkirdəki qəza ilə bağlı məlumat yayıb

  28 Yanvar 2020    Oxunub : 1316
DİN Şəmkirdəki qəza ilə bağlı məlumat yayıb
Daxili İşlər Nazirliyi (DİN) Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.
DİN-in mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, rayonun Şiştəpə kəndi ərazisində Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb. Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza