Kanalizasiya qapaqlarını oğurlayanar tutuldu

  28 Yanvar 2020    Oxunub : 1309
Kanalizasiya qapaqlarını oğurlayanar tutuldu
Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 10-dan 13-dək olan müddətdə rayon ərazisindəki 3 həyətyanı sahədə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən Lökbatan qəsəbə sakinləri T.Rəhimli və E.Hüseynov saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ətraflarında aparılan tədbirlərlə onların rayon ərazisində daha 3 kanalizasiya quyularının, habelə Lökbatan qəsəbəsinin ərazisində su və kanalizasiya idarəsinə və Bakı Telefon MMC-yə məxsus quyuların qapaqlarını oğurlamaları da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN