16571 təbii və texnogen mənşəli hadisə baş verib

16571 təbii və texnogen mənşəli hadisə baş verib
  28 Yanvar 2020    Oxunub:2991
2019-ci il ərzində respublika ərazisində 16571 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci il ilə müqayisədə 1107 hadisə və ya 7% çoxdur.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 53 nəfər həlak olub, 338 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 63 nəfər xilas edilib, 1228 nəfər təxliyə olunub.

Eyni zamanda, ötən il respublika ərazisində 172 təbii mənşəli hadisə qeydə alınıb, 2 nəfər insan tələfatı olub, təbii mənşəli hadisələr zamanı nazirliyin xilasediciləri tərəfindən 2 nəfər xilas edilib, 136 nəfər təxliyə olunub.

2019-cu il ərzində respublika ərazisində 16399 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2018-ci il ilə müqayisədə 1090 hadisə və ya 7% çoxdur.

Qeyd olunub ki, texnogen mənşəli hadisələr nəticəsində 68 nəfər həlak olub, 338 nəfər xəsarət alıb ki, bu da 2018-ci il ilə müqayisədə həlak olanlar üzrə 37 nəfər və ya 35% azdır, xəsarət alanlar üzrə 107 nəfər və ya 46% çoxdur.

Nazirliyin xilasediciləri tərəfindən 61 nəfər xilas edilib, 1092 nəfər təxliyə olunub.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti