FHN: Ötən il yanğınlarda 53 nəfər ölüb

  28 Yanvar 2020    Oxunub : 1841
 FHN: Ötən il yanğınlarda 53 nəfər ölüb
Ötən il ərzində baş vermiş yanğın hadisələrindən təhqiqatı aparılmış yanğınların sayı 2319 olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, yanğın hadisələri zamanı 53 nəfər həlak olub, 232 nəfər xəsarət alıb. Bu da 2018-ci illə müqayisədə yanğından həlak olanlar üzrə 30 nəfər və ya 36% az, xəsarət alanlar üzrə 67 nəfər və ya 41 % çoxdur.

Bundan başqa, 2019-cu il ərzində respublika ərazisində 73 partlayış hadisəsi baş verib ki, bu da 2018-cı il ilə müqayisədə 4 hadisə və ya 6 % çoxdur. Partlayışlar zamanı 12 nəfər həlak olub, 103 nəfər xəsarət alıb.

Azvision.az

Teqlər: FHN