Şəki sakinindən külli miqdarda narkotik götürülüb

  27 Yanvar 2020    Oxunub : 1203
Şəki sakinindən külli miqdarda narkotik götürülüb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Şəki şəhər sakini, 53 yaşlı Tərlan Vahabov şübhəli şəxs qismində saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman oradan külli miqdarda - 164 qramdan artıq kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, 28 qrama yaxın heroin, həmçinin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı”na daxil olan 110 ədəd “Tramadol” adlı dərman preparatı və 1 kiloqramdan artıq qurudulmuş marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Azvision.az

Teqlər: DİN