Göyçayda xəstəxanada yanğın olub

Göyçayda xəstəxanada yanğın olub
  27 Yanvar 2020    Oxunub:2394
Göyçay rayonunda xəstəxanada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Azvision.az -a verilən məlumata görə, rayonun hər mərtəbəsi 1250 m² olan, hazırda fəaliyyət göstərməyən üçmərtəbəli xəstəxana binasının 3-cü mərtəbəsində kağız tullantıları 15 m² sahədə yanıb. Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Xəstəxana  





Xəbər lenti