Tovuz sakini qardaşını bıçaqladı

Tovuz sakini qardaşını bıçaqladı
  27 Yanvar 2020    Oxunub:3116
Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.
Azvision.az "Report"a istinadən xəbər verir ki, hadisə Tovuz şəhər ərazisində qeydə alınıb. Belə ki, Tovuz rayon sakini, 1962-ci il təvəllüdlü Əbülfət İslam oğlu Salmanov mübahisə zəminində qardaşı Rövşən Salmanov tərəfindən bıçaqlanıb.

Əl, baş və sinə nahiyəsindən bıçaq xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.

Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Tovuz   Bıçaqlanma  





Xəbər lenti