Oğuzda meşəlik ərazidə yanğın söndürülüb - Yenilənib

Oğuzda meşəlik ərazidə yanğın söndürülüb -  Yenilənib
  26 Yanvar 2020    Oxunub:4645
Oğuz rayonunun Xalxal kəndi yaxınlığında dağlıq meşə ərazisində baş verən yanğın Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşları tərəfindən söndürülüb.
ETSN-nin mətbuat katibi İradə İbrahimova Azvision.az -a bildirib ki, yanğın ümumilikdə 1 hektara yaxın ərazini əhatə etsə də, 30 sot sahədə kol-kos və quru ot örtüyü yanıb.

***
Oğuz rayonunda, dağlıq ərazidə yanğın başlayıb.

Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri cəlb edilib.

İlkin məlumata əsasən mürəkkəb relyefli dağlıq ərazidə təqribən 1 ha sahədə quru ot və kol-kos yanır. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN   Yanğın   Oğuz  





Xəbər lenti