Sabunçuda yataqxanada yanğın olub

Sabunçuda yataqxanada yanğın olub
  26 Yanvar 2020    Oxunub:2346
Bakı şəhərinin Sabunçu rayonunda dördmərtəbəli yataqxanada yanğın baş verib.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, binanın 2-ci mərtəbəsinin dəhlizində tikilən taxtadan ibarət tikililər 12 m² sahədə, 1 ədəd paltaryuyan maşın və dəhlizdən keçən 6 p. m elektrik naqili yanıb.

Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib. Dəhlizin qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Yataqxana  





Xəbər lenti