Bir ailənin 3 üzvü yol qəzasında öldü

 Bir ailənin 3 üzvü yol qəzasında öldü
  26 Yanvar 2020    Oxunub:2805
Bu gün səhər saatlarında İsmayıllı rayonunda baş vermiş yol qəzasında bir ailənin 3 üzvü həlak olub.
Azvision.az xəbər verir ki, Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı mikroavtobus ilə “VAZ 2106” markalı minik avtomobili toqquşub. Hər iki avtomobil zərbənin təsirindən yoldan çıxaraq aşıb.

Hadisə nəticəsində “VAZ 2106”ın sürücüsü İlham Quliyev, onun həyat yoldaşı İlahə Quliyeva və azyaşlı qızı Aysu Quliyeva dünyasını dəyişib. Ailənin digər üzvü Elcan Quliyev isə ağır xəsarət alıb.

Mikroavtobusda xəsarət alan Bakı şəhər sakinləri 1990-cı il təvəllüdlü Əhmədova Vüsalə Musa qızı, 1959-cu il təvəllüdlü Suvar Ramazanova Şahbazovna, 1975-ci il təvəllüdlü Aslanova Xatirə Rafiq qızı, 2009-cu il təvəllüdlü Quliyev Elcan İlham oğlu və 2007-ci il təvəllüdlü Aslanov Əli Etibar oğlu İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Digər yaralılar ətraf rayonlarda yerləşən xəstəxanalara aparılıb. Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: İsmayıllı   Qəza  





Xəbər lenti