İsmayıllıdakı qəzada ölənlərin sayı 3-ə çatıb
"Hadisə nəticəsində "VAZ 2106" markalı avtomobildə olan iki nəfər hadisə yerində dünyasını dəyişib, iki nəfər isə xəstəxanaya aparılıb. Həmin sərnişinlərdən olan uşaq xəstəxanaya çatdırılanda dünyasını dəyişib. Hadisə nəticəsində xəsarət alan digər sərnişinlərə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar. Hazırda xəstəxanada 4 nəfər müalicə alır, vəziyyətləri normaldır".
Qeyd edək ki, bu gün səhər saatlarında İsmayıllı rayonunda “Mercedes” markalı sərnişin avtobusu “VAZ” markalı minik avtomobili ilə toqquşub.
Azvision.az