Turistləri Qəbələyə aparan avtobus qəzaya düşdü: Ölən və yaralılar var

   Turistləri Qəbələyə aparan avtobus qəzaya düşdü:    Ölən və yaralılar var
  26 Yanvar 2020    Oxunub:6087
İsmayıllı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Azvision.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:30 radələrində Muğanlı-İsmayıllı yolunun Bilzan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakıdan Qəbələyə turistləri aparan “Mercedes-Benz” markalı sərnişin mikroavtobusu “VAZ 2106” markalı minik avtomobili ilə toqquşub.

Hadisə zamanı 2 nəfər ölüb, 15-ə yaxın yaralı var. Əraziyə FHN-nin xilasediciləri, polis əməkdaşları və təcili tibbi yardım stansiyasının işçiləri cəlb olunub. Yaralılar İsmayıllı və Şamaxı rayon xəstəxanalarına aparılıb.

Azvision.az


Teqlər: Qəbələ   Qəza  





Xəbər lenti