Xırdalanda iki məktəblini maşın vurub

  Xırdalanda iki məktəblini maşın vurub
  24 Yanvar 2020    Oxunub:3458
Abşeronda avtomobil iki şagirdi vurub.
Azvision.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib

“Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında gedən Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdləri olan iki qızı vurub. Nəticədə məktəblilər ağır xəsarətlər alıblar. Yaralılar xəstəxanaya çatdırılıb. Xəsarət alanlardan biri – Fidan adlı şagird komaya düşüb.

Hadisənin başvermə anı yaxınlıqdakı müşahidə kamerasına düşüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: Maşın   Şagird   Qəza   Hadisə   Xırdalan  





Xəbər lenti