Bakıda oğurlanan “Zil” İmişlidə tapıldı

Bakıda oğurlanan “Zil” İmişlidə tapıldı
  23 Yanvar 2020    Oxunub:2175
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə müraciət edən Sabunçu qəsəbə sakini S.Quliyev yanvarın 13-də qəsəbə ərazisindən “Zil” markalı avtomobilinin qaçırıldığını bildirib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən həmin avtomobilin yanvarın 22-də Hacıqabul-Horadiz yolunun 92-ci kilometrliyində hərəkətdə olması müəyyən edilib.

Görülmüş tədbirlərlə BDYPİ-nin əməkdaşları tərəfindən nəqliyyat vasitəsi saxlanılıb, onu idarə edən S.Quliyevlə birgə İmişli Rayon Polis Şöbəsinəğə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti