İran vətəndaşları Biləsuvarda 16 kq narkotiklə tutuldu - FOTO

  23 Yanvar 2020    Oxunub : 1685
 İran vətəndaşları Biləsuvarda 16 kq narkotiklə tutuldu - FOTO
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı-Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram heroin, 5 kiloqram 300 qram tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.



Həmin şəxslərin bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN