Nəsimi və Sabunçuda yanğın olub

  23 Yanvar 2020    Oxunub : 1396
Nəsimi və Sabunçuda yanğın olub
Bakı şəhərinin Nəsimi rayonunda dördmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzildə ev əşyaları 20 m² sahədə və dolab 4 m² sahədə yanıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, mənzil yanğından mühafizə olunub.

Paytaxtın Sabunçu rayonunda isə ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında mebel dəsti yanıb, yüksək temperaturdan digər otaqda kondisioner əriyib. Ev yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: Bakı   Yanğın