Qəbələdə 6 otaqlı ev yanıb

Qəbələdə 6 otaqlı ev yanıb
  22 Yanvar 2020    Oxunub:2435
Qəbələdə yanğın baş verib.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Qəbələ rayonunun Mıxlıqovaq kəndində ümumi sahəsi 264 m² (hər mərtəbəsi 132 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları və dam örtüyü 132 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az



Teqlər: FHN   Yanğın   Qəbələ  





Xəbər lenti