Yeddi boksçumuz yarımfinalda

Yeddi boksçumuz yarımfinalda
  22 Dekabr 2013    Oxunub:1420
Rusiyanın Xantı-Mansiysk şəhərində boks üzrə Neft Ölkələrinin Dünya Kuboku yarışı davam edir. Boks Federasiyasından AzVision.az -a verilən məlumata görə, yarışın növbəti günündə Azərbaycan idmançılarından beşi növbəti mərhələyə vəsiqə qazanıb. 60 kq çəki dərəcəsində mübarizə aparan Nəsrəddin Məmmədov moldobalı Vadim İvanyuku mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz növbəti mərhələdə yerli idmançı Ruslan Kamilovla qaşılaşacaq. 64 kq çəki dərəcəsində Azrəbaycanı təmsil edən iki boksçu 14 finalda üz-üzə gəlib. Lorenso Sotomayor Fərid İsmayılovu məğlub edərək, yoluna davam edir – 2:1. Sotomayorun növbəti rəqibi yerli boksçu İnşallah Alışov olacaq. Tural Əhmədov (56 kq) yarışa qələbə ilə başlayıb. Həmyerlimiz Latviya təmsilçisi Dimitrius Qutmans üzərində qələbə qazanıb – 3:0. Əhmədov yarımfinalda Qırğızıstan boksçusu Mirbek Şirevlə üz-üzə gələcək. Tamerlan Abdullayev də (69 kq) 14 finalda qələbə qazanıb. Millimizin üzvü monqolustanlı Otonjarqal Jarqalı üstələyib – 3:0. Abdullayev yarımfinalda rusiyalı Tamerlan Maqomedovla görüşəcək.

Kamran Mehdiyev də (91+kq) ilk görüşdə qalib gəlib. O, litvalı Mantas Valaviçusu məğlub edib – 2:1. Mehdiyevi yarımfinalda rusiyalı Dmitri Mixin gözləyir. Soltan Migitinov (75 kq) və Üzeypat İsmayılov (91+kq) isə rusiyalı rəqiblərinə uduzaraq mübarizəni dayandırıblar. Buna qədər Batraz Qurtsiyev və və Rüstəm Musayev də yarımfinala vəsiqə qazanmışdılar.


Teqlər:





Xəbər lenti