Avtobusda cibgirlik edən şəxs ələ keçdi

  20 Yanvar 2020    Oxunub : 1287
Avtobusda cibgirlik edən şəxs ələ keçdi
Oğurluq etdiyinə görə tutulan şəxsin digər cinayət əməlləri müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, oğurluq etdiyinə görə tutulan B.Bünyadovun ətrafında DİN-in Baş Cinayət Axtarışı, Bakı ŞBPİ-nin Cinayət Axtarışı idarələri və Xəzər RPİ 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində xətt avtobuslarında Bakı şəhər sakinləri olan 3 nəfərin ciblərindən pul, bankomat kartları və sənəd oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN