Məcburi köçkünlərin yaşadığı binada yanğın olub

  20 Yanvar 2020    Oxunub : 1375
Məcburi köçkünlərin yaşadığı binada yanğın olub
Beyləqan rayonunun Yeni Mil qəsəbəsində yanğın olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 240 m² olan məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın çardağının taxta atmaları 50 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın