11 evdən oğurluq edən şəxslər saxlanıldı

  18 Yanvar 2020    Oxunub : 1439
 11 evdən oğurluq edən şəxslər saxlanıldı
Oğurluq etdiyinə görə tutulanş V.Salamovun ətrafında Binəqədi RPİ 43-cü PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, narkotik vasitə ilə tutulmuş K.Əsgərovun ətrafında Abşeron RPİ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 10 evdən təmir-tikinti alətləri, hamam aksessuarları, məişət əşyaları, generator, elektrik naqili və elektrik avadanlıqları oğurlaması da müəyyən edilib.

Azvision.az

Teqlər: DİN